Uşaq oğurluğuna görə 12 il cəza alan "Azərişıq" işçisinin şikayəti təmin edilməyib -(EKSKLÜZİV FOTO)

Uşaq oğurluğuna görə 12 il cəza alan

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Sənan Qasımzadənin (1993-cü il təv.) CM-nin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il mayın 30-u saat 14 radələrində Afət Qasımova  DİN-nin 102 xidmətinə zəng edib yaşadığı Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki 109 saylı evin qarşısından 13 yaşlı oğlu Cəfərin naməlum qara rəngli 
"VAZ 21099” markalı avtomobilin sürücüsü tərəfindən oğurladığını bildirib. Qadının sözlərinə görə, bir müddətdən sonra oğlunun istifadəsində olan  mobil telefonunu ilə əlaqə saxlayan şəxs, uşağının qaytarılması müqabilində 20000 manat  pul tələb edib. Bundan sonra zərərçəkən aidiyyatı üzrə Binəqədi RPİ-nə gedib və hadisə ilə bağlı ərizə yazıb. Həmin gün Cəfəri oğurlayan şəxs saxlanılıb. Ona məlum olub ki, cinayətkar qumar oyununda 50.000 manata yaxın pul uduzub və çıxış yolu kimi adam oğurlamaq qərarına gəlib.  Sənan Qasımzadə Bakıda anadan olub, əvvəllər məhkum olunmayıb, 8-ci mikrorayon, Azadlıq prospekti 
ev 34\194 mənzil 111-də yaşayıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Sənan Qasımzadə ifadəsində, 2014-cü ildən  "Azər İşıq” ASC-də  işlədiyini göstərib. Uzun müddət "Top.az” məntəqələrində mərc oyunları oynayıb, 2-3 il ərzində 20-25.000 manat pul uduzub. Uduzduğu pullar dost tanışlarından borca aldığı, banklardan götürdüyü kredit pulları olub. Belə ki, 2015-ci ildə "Kapital Bankdan” 5.400 manat kredit götürüb,Babək adlı tanışından 4300, Asəf adlı iş yoldaşından 2000 manat borc alıb. Axırıncı dəfə 250 manat pul uduzub, artıq heç kimdən borc ala bilməyib. Uşaq oğurlayıb, valideyinlərindən pul tələb etməklə, borclarını ödəmək qərarına gəlib. 
Mayın 30-da idarə etdiyi "VAZ 21015” markalı avtomaşınla 3-cü mikrorayonda yerləşən iş yerinə  gedib, 1-2 saat orda oturduqdan sonra, çıxıb 8-ci mikrorayona gəlib. Məhlələrin arasında dolaşıb, uyğun yer və oğurlamaq üçün uşaq axtarıb. Saat 13 radələrində Xutor adlanan ərazidə yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət edərkən, yolda gördüyü 2 azyaşlının yanında maşını saxlayıb. Sağ tərəf pəncərədən "Qoşa doldurmanın” harda olduğunu soruşduqda, uşaqlardan biri deyib ki, qabaqdadır. Sənanın təklifi ilə həmin yeri göstərmək məqsədi ilə, sonradan adını bildiyi Cəfər qapını açıb qabaq oturacaqda əyləşib, digər uşaq isə küçədə qalıb. Qasımzadə azyaşlıya "uşaq cəmiyyətində işlədiyini və onu dənizkənarı parka aparacağını deyib. Cəfər ona inanıb, amma əvvəl anası ilə əlaqə saxlayıb, icazə almaq istədiyini söyləyib.Uşaq valideyninə zəng edib icazə istədikdə, anası buna etiraz edib və evə gəlməsini tapşırıb. Buna görə o telefonu Qasımovdan alaraq, maşından düşüb və əlaqə saxlayaraq, qadına uşağı oğurladığını və axşam saat 21-dək dediyi yerə 20.000 manat pul gətirməsini bildirib. Sonra Cəfəri parka aparıb, onu karuselə mindirərkən telefonunu əlindən alıb və təkrar Afət Qasımovaya zəng edərək, uşağın heç nədən xəbəri olmadığını, hər şeyin qaydasında olduğunu və pulu hazırlamasını deyib. Cəfərlə yarım saat bulvarda gəzib, 
ona dondurma alıb. 8-ci mitkrorayona qayıdarkən avtomobilini YPX-nin əməkdaşları saxlayıblar. Polis əməkdaşları yaxınlaşıb, onu maşından düşürüblər və Binəqədi RPİ-nə aparıblar. Orda başa düşüb ki, onu uşaq oğurladığına görə tutublar.

Zərərçəkmiş Cəfər Qasımov bildirib ki, sürücü oğlan ona zor tətbiq etməyib, onu qorxutmayıb və hədə-qorxu gəlməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
 
Aktual.az
 








Xəbər 2232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR