Ukraynada azərbaycanlı ailə təhlükədə

Ukraynada azərbaycanlı ailə təhlükədə

Ukraynanın Krasnıy Luç şəhərində Azərbaycan vətəndaşları olan iş adamı və övladları şəhərdən buraxılmır. 

Aktual.az-ın xəbərinə görə, bu barədə Yevlax rayonundan olan, 1970-ci il təvəllüdlü Knyaz Məmmədov APA-ya bildirib ki, yerli hərbçilər ailə üzvlərinə yaşadıqları şəhərdən çıxmağa icazə vermirlər.

Luqansk vilayətində uzun müddət geniş biznes fəaliyyəti ilə məşğul olan K.Məmmədov bildirib ki, o, övladları ilə mühasirə şəraitində yaşayır: "İki qızımı və oğlumu uzun zamandır anasız özüm saxlayıram. Hamımız Azərbaycan vətəndaşıyıq. Bir ildir ki, oğlumun Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatıb. O, vətənə hərbi xidmətə yollanmaq istəsə də, bizi buradan buraxmırlar. Səbəb kimi göstərirlər ki, yerli hökumətin verdiyi pasportlarımız yoxdur. Mən artıq bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişəm. Mənə bildiriblər ki, səfirliyə yaxınlaşmalısınız. Şəhərdə blokadadan çıxa bilmirəmsə, necə səfirliyə yaxınlaşmaq üçün Kiyevə gedə bilərəm? Artıq bizi yaşadığımız yerdən bir addım belə kənara çıxmağa qoymurlar”.

İş adamı artıq övladları ilə birgə özünü təhlükədə hiss etdiklərini və aidiyyəti qurumlardan kömək istədiyini bildirib.

Qeyd edək ki, Krasnıy Luç şəhəri tanınmayan "Luqansk Xalq Respublikasının” nəzarətindədir.

Aktual.az
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR