Tarkana Azərbaycandan 1,5 milyon dollarlıq təklif

Tarkana Azərbaycandan 1,5 milyon dollarlıq təklif

Türkiyəli müğənni Tarkana Bakıdan yeni konsert təklifi gəlib.

Aktual.az Axşam.az-a istinadən xəbər verir ki, bu il "10” albomu, konsertləri və reklam müqavilələri ilə 50 milyon lirə (təxminən 25 milyon manat) qazanan ifaçı Yeni il üçün təkliflər almağa başlayıb.
Belə ki, meqastara Kiprdəki bir hoteldən 3 milyon lirəlik (təxminən 1,5 milyon manat), Azərbaycandan isə 1,5 milyon dollarlıq təklif gəlib.
Yeni illə bağlı Bakıdakı təşkilatçılıq şirkətlərindən birindən təklif alan Tarkanın cavabının nə olduğu hələ bəlli deyil.
Qeyd edək ki, Tarkan iyunda Formula-1 çərçivəsində keçirilən konsertdə səhnəyə çıxmış və buna görə 500 min dollar almışdı.
 
Aktual.az
Xəbər 133 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR