Sevil-Sevinc bacıları yeni avtomobilləri ilə adam vurdular - AÇIQLAMA - YENİLƏNİB

Sevil-Sevinc bacıları yeni avtomobilləri ilə adam vurdular - AÇIQLAMA - YENİLƏNİB

Bu gün müğənni-aparıcı Sevinc və Sevil Səfərovalar yeni aldıqları avtomobillə qəza törədib.
 
Aktual.az  xəbər verir ki, məlumatı qaynarinfo.az yayıb.
Məlumatda əkizlərin idarə etdiyi "Dodge Durango" markalı avtomobilin İçərişəhərin yaxınlığında yolu keçən yaşlı bir kişini vurduğu bildirilir. 
Qafqazinfo hadisə ilə bağlı Sevil və Sevinclə əlaqə saxlayıb. Sənətçilərin mətbuat xidməti bildirib ki, piyada heç bir xəsarət almayıb:
"Piyada 87 yaşlı kişidir. İndi vəziyyəti çox yaxşıdır, xəsarət almayıb. Hadisə baş verdiyi ərazidə piyada keçidi olmayıb. Həmin şəxs ərazidən yolu keçməyə çalışıb. Maşın piyadaya toxunmayıb. Sadəcə olaraq yaşlı insandır, özünü tarazlaya bilməyib, yerə yıxılıb. Amma maşın kişiyə dəyməyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub".
 
 
Aktual.az 

Xəbər 777 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR