Salyan həbsxanasında silahlı insident: 1 yaralı

Salyan həbsxanasında silahlı insident: 1 yaralı

Salyanda silahlı insident qeydə alınıb.

Aktual.az  xəbər verir ki, hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu avtomat silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır. (report)
 

Aktual.az 

Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR