Qüds ilə bağlı fövqəladə toplantı başladı – İstanbulda

 Qüds ilə bağlı fövqəladə toplantı başladı – İstanbulda

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir.
 
APA-nın Türkiyə bürosunun məlumatına görə, Sammitdə 48 ölkə iştirak edir. Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunur.
 
Təşkilatın müşahidəçi statusundakı üzvləri Rusiya və Çin də İstanbulda sammitinə diplomatik səviyyədə nümayəndələrini göndərib.
 
Tədirə "Quran" oxunması ilə başlanıb.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.
 
ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki  ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.




Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR