Prezident sabah MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq

Prezident sabah MDB liderlərinin qeyri-formal görüşünə qatılacaq

Dekabrın 26-da Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Görüşdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər. 
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.
 
Aktual.az
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR