“Oğru”lar Rövşən Lənkəranskidən sonrakı QƏRAR ÜÇÜN toplaşdı: SXODKA

“Oğru”lar Rövşən Lənkəranskidən sonrakı QƏRAR ÜÇÜN toplaşdı: SXODKA

Rövşən Lənkəranskinin qətli və Şakro Molodoyun həbsdə qalacağına dair məlumatların dəqiqləşdirilməsindən sonra "kriminal generallar” ilk dəfə geniş tərkibdə "sxodka”ya toplaşıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, "sxodka” Moskvada Komsomol prospektində məkanlardan birində baş tutub. 

Ancaq Moskva polisi "sxodka”dan xəbər tutaraq məkana basqın edib. 

"Batoni” restoranında keçirilən "sxodka” kriminal aləmə rəhbərliklə bağlı qalmaqallı məsələnin müzakirəsinin ilk mərhələsi olub. Ancaq polis müdaxiləsi "sxodka”nı yarımçıq kəsib. 
Saxlananlar arasında 51 yaşlı Piquç, onun 44 yaşlı ayrılmaz dostu Voskres Vasya, Tiflis əsilli 62 yaşlı Qiya və 57 yaşlı Paata da var. 

Onlar Rusiya kriminal aləmində böyük nüfuz sahibi olan slavyan və gürcü klanlarının tanınmış nümayəndələri hesab edilir.

"Oğru”lar profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar.
 
Aktual.az
Xəbər 3972 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR