Novxanı bağlarında 5-ci kurs tələbəsinin meyiti tapıldı - Əlləri və ayaqları bağlı şəkildə...

Novxanı bağlarında 5-ci kurs tələbəsinin meyiti tapıldı - Əlləri və ayaqları bağlı şəkildə...

Novxanı bağları yaşayış massivində yerləşən evlərdən birində meyit tapılıb.

Novxanı bağlarında meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumta görə, bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan şəxsin İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Qətlə yetirilən əcnəbi Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi olub. Onun kim tərəfindən, hansı şəraitdə, nə səbəbdən öldürüldüyü hələlik tam aydınlaşmayıb. Araşdırmalar davam etdirilir.

Aktual.az
Xəbər 2157 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR