“MTN çetesi”nın məhv etdiyi iş adamı: “ƏRİ KEÇMİŞ MTN İŞÇİSİ OLAN MEHPARƏ ƏHMƏDOVA CAVİD QULUZADƏNİN CİNAYƏTİNƏ QURBAN GEDƏ BİLƏR”

“MTN çetesi”nın məhv etdiyi iş adamı: “ƏRİ KEÇMİŞ MTN İŞÇİSİ OLAN MEHPARƏ ƏHMƏDOVA CAVİD QULUZADƏNİN CİNAYƏTİNƏ QURBAN GEDƏ BİLƏR”

Bu günlərdə İCMAL.az saytında tanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudov yenidən Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etməsi ilə bağlı yazı dərc etmişdik. Əslində biz sadəcə olaraq ölkədə "MTN çetesi”nın qurbanına çevrilmiş bir iş adamının harayını Sizin diqətinizə çatdırmış olduq. Prezident İlham Əliyev MTN olaylarından sonra Nazirlər Kabinetinin bütün iclaslarında birmənalı şəkildə iş adamlarına ölkədə hər çür şəraitin yaradılması ilə bağlı müvafiq tapşırıqlarını verdi. Məhz Cənab Prezidentin bu çağırışından sonra onlarla iş adamı başlarına gətirilən müsibətləri açıq şəkildə etiraf etmək imkanı qazandırlar. Bu iş adamlarından biri də uzun illər sahibkarlıqla məşğul olan, uğurlar əldə edən, sonradan MTN-də yuva quran cinayətkar şəbəkənin qurbanına çevrilərək, var-dövləti əlindən alınan Maqsud Mahmudovdur.

Əvvəlcə ötən yazımızdan bəzi məqamları Sizlərin diqqətinə çatdırıırıq:

Tanınmış iş adamı, keçmiş MTN-də kök salmış cinayətkar şəbəkənin qurbanına çevrilən Maqsud Mahmudov yenidən Azərbaycan Ədliyyə Naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

İCMAL.az-axəbər verir ki, iş adamı müraciətindəiyunun 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimiMehparə Əhmədovanın sədrliyi ilə onunla bağlı məhkəmə prosesinin keçirilməli olduğunu, lakin naməlum səbəbdən məhkəmənin30 iyun 2017-ci il tarixətəxirə salındığını bildirib.

Maqsud Mahmudzadə müraciətində qeyd edib:"Nərimanov rayon Məhkəməsinin 7 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iş adamıMahmudzadə Maqsud Mahmud oğluilə İsmayılov Azad Fərhad oğlu arasında 11 sentyabr 2015-ci il tarixdəSumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorundabağlanmış Sumqayıt şəhəri 3/d ünvanında istifadədə olan0.094248 hatorpaq sahəsində, Bakı-Quba yolunun şimal ünvanında yerləşən, ümumi sahəsi965,9 kv.molan əmlak kompleksinin("Las Veqas" restoranının)alqı-satqısı barədə AN İN 0472824 saylı daşınmaz əmlakın alqı-satqısı barəsindəki müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin əmlak üzərindəMahmudzadə Maqsud Mahmud oğlununmülkiyyət hüququnun bərpası qət olunmuş, sabiq MTN-nin və "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməllərində cinayət tərkibi olması barədə xüsusi qərar çıxarmaqla prokurorluğa məlumat verilmişdi. Həmin qətnamədənİsmayılov Azad Fərhad oğluvəQuluzadə Cavid Məhəbbət oğluapellyasiya şikayətləri veriblər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 dekbar 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Hazırda barələrində xüsusi qərarlar çıxarılmış şəxslər bütün qanunsuz yollarla mənim xeyrimə olan qətnamələri ləğv elətdirmək istəyirlər".

Maqsud Mahmudzadə müraciətində göstərib ki, Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın həyat yoldaşıkeçmiş MTN-in polkovniki olub və hazırda sərəncama çıxarılıb:

"Hakimin həyat yoldaşının mənimmülkümü təzyiq yolu ilə ələ keçirənkeçmişMTN işçisi Quluzadə Cavid Məhəbbət oğluilə sıx münasibətləri olub. Quluzadə Cavid Məhəbbət oğlukeçmiş MTN-nin istintaq idarəsindəişləyib. Bu şöbənin rəisi Vüsal Ələkbərov isə məlum hadisələrlə bağlı həbs olunub".

ZərərçəkənMaqsud Mahmudzadədaha sonra qeyd edir ki, "Bank Technique” ASC-nin bir sıra əməkdaşlarının əməlləri keçmiş MTN-nin İstintaq İdarəsində aparılırmış:"Keçmiş MTN işçisi Quluzadə Cavid Məhəbbət oğlu həmin istintaq qurupunun üzvü idi. Məhz bu səbəbdən Cavid Quluzadə Azad İsmayılova kömək edərək, onun "Bank Technique” ASC-də olan pulunun alınmasında iştirak edib. Yuxarıda adını çəkdiyim şəxslər sonradan mənə hədə-qorxu gələrək mənə məxsus olan avtomobili öz adlarına keçirdilər. Cavid Quluzadənin təzyiqi və hədəsi ilə Notarius depozitinə pul keçirilmədən alqı-satqı müqaviləsi təsdiqlənmişdi”.

Maqsud Mahmudzadə müraciətində Cavid Quluzadənin Ali Məhkəməsinin Mülki Kollegiyasının üzvü, hakimi Mehparə Əhmədovanın MTN-çi həyat yoldaşı ilə dostluq əlaqələrindən sui-istifadə etdiyini xüsusi vurğulayaraq, yazıb:"Xanım hakimin həyat yoldaşı mənim avtomobilimi və restoranımı hədə-qorxu ilə əlimdən alanCavid Quluzadəilə yaxın münasibətlərə malikdir. Bu insanlar bütövlükdə mütəşəkkil şəkildə mənim həyatımı məhv ediblər… Vaxt var idi, mən 300 vətəndaşımızı işlə təmin etmişdim, biznesimi daha da genişləndirəcəyimi düşünürdüm. Ancaq belələrini "səyi” nəticəsində bügün onlardan 280-nə yaxını işsizdirlər… Artıq susa bilmirəm, maddi resurslarım tamamilə tükənib, səbrim bitib. Mən fövqəladə heç nə istəmirəm, sadəcə şəxsi əmlakımıgeri qaytarsınlar".

Müraciətinin sonunda Maqsud Mahmudazdə keçmiş MTNişçilərinin ona təkcə maddi deyil, mənəvi-psixolji baxımdan da ağır zərbə vurduqlarını iddia edərək, 30 iyunda keçiriləcək məhkəmə posesində əlindən alınmış bütün əmlakının qaytarılması haqda qərar veriləcəyinə ümidvar olduğunu bildirib.

MTN OLAYLARINDA MÜDİRİ HƏBS OLUNAN CAVİD QULUZADƏHƏRƏKƏTƏ KEÇƏRƏK ÖZ ADAMI AZAD İSMAYILOV VASİTƏSİ İLƏ AZƏRBAYCANIN DƏYƏRLİ, OBYEKTİV HAKİMLƏRİNİ NECƏ TƏHQİR ELƏTİRDİ?

İş adamının müraciətindən sonra bəzi media qurumlarında Cavid Quluzadənin adamı olan Azad İsmayılov adından müraciət ünvanlandı. Müraciətdən bəzi xırda detalları Sizin diqqətinizə çatıdırırıq:

"Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev gözünü yumub tamamilə qondarma bir qətnamə çıxarıb. Ən dəhşətlisi odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Saqi Məmmədov gözünü yumaraq 02 dekabr 2016-cı il tarixdə, bizim dəlillərə tüpürərək Abbas Əliyevin qətnaməsini qüvvədə saxlayıb.”

ƏvvəlaAbbas ƏliyevSaqi Məmmədovölkədə fəaliyyət göstərən ən vicdanlı hakimlərdəndirlər. Onlar faktlar əsasında qətnamələr qəbul edirlər, qərarlar çıxarırlar. Görünən odur ki, Azad İsmayılovun adından mediaya ünvanlanan bu müraciətdən heç onun özünün də xəbəri yoxdur. HAKİMƏ "TÜPÜRMƏ” JARQONUNDA YANAŞMA KEÇMİŞ "MTN çetesi”nın ÜSLUBUNA AİDDİR.

İKİNSİ SUAL: ƏGƏR AZAD İSMAYILOV KEÇMİŞ MTN İŞÇİSİ CAVİD QULUZADƏNİN ADAMI DEYİLSƏ O ZAMAN BU FOTODA YANINDA OLAN ŞƏXS KİMDİR?

DİGƏR BİR SUAL: KEÇŞİM MTN-NİN VƏZİFƏLİ ŞƏXSİ CAVİD QULUZADƏ AZAD İSMAYILOVLA SUMQAYIT NOTARİUS İDARƏSİNİN QABAĞINDA NƏ İŞİ VAR?

BAŞQA BİR SUAL: AZAD İSMAYILOVUN ADINDAN MƏTBUATA KÜLLİ MİQDARDA VƏSAİT MÜQABİLİNDƏ İŞ ADAMINA QARŞI QARAYAXMA MÜRACİƏTİ CİNAYƏT DEYİLMİ?


Əslində bu və ya bu kimi sualların cavabını özümüz də bilirik. Maqsud Mahmuov İCMAL.az-a növbəti müraciətində bildirir ki, bugün Eldar Mahmudovun, Akif Çovdarovun cinayətkar "varisləri” öz əməllərindən əl çəkmək niyyətində deyillər: "Onların əsas məqsədi ölkədə iş adamlarına Cənab Prezident tərəfindən verilən ikinci nəfəsi boğmaqdır. Bu yolla onlar ölkədə olan sağlam investisiya mühitinə kölgə salmaq, beləliklə iş adamlarını ölkə rəhbərliyinə qarşı qaldırmaq istəyirlər. Lakin biz həmrəylik nümayiş etdirməli, bu kimi fırıldaqçılara qarşı mübarizə aparmalıyıq. Hesab edirəm haqq-ədalət öz yerini tapacaqdır”

 

Xəbər 2868 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR