İran parlamentində atışma, ölənlər var - YENİLƏNİB-4

İran parlamentində atışma, ölənlər var - YENİLƏNİB-4

İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub.
 
APA-nın məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi xəbər yayıb.
 
Xəbərdə daha dörd nəfərin girov götürüldüyü bildirilir.
 
APA-nın Tehran müxbiri isə xəbər verir ki, parlament binasını tərk etməyə müvəffəq olan silahlı şəxs küçədə atışmanı davam etdirir. Xüsusi təyinatlılar onu zərərsizləşdirməyə çalışırlar.
 
*****

İran parlamentinin bəzi deputatları verdikləri açıqlamada parlamentinin təhlükəsizlik işçilərindən bir nəfərin şəhid olduğunu deyiblər.
 
Lent.az-ın tasnimnews.com/tr-a istinadən xəbərinə görə, hazırda İran parlamenti bağlanılıb, millət vəkillərinin parlamentə giriş-çıxışına icazə verilmir. Silah səsləri kəsilsə də, silahlı şəxslər hələ də yaxalanmayıb.
 
İran parlamenti ilə yanaşı, Tehranda yerləşən İmam Xomeyni türbəsində də silah səsləri eşidilib.
 
Türbəyə girən silahlı şəxs bir neçə nəfəri yaralayıb. 
 
****
 
İran parlamentində baş verən atışmada təhlükəsizlik qüvvələrindən bir nəfər ayağından yaralanıb.
 
Lent.az-ın tasnimnews.com/tr-a istinadən xəbərinə görə, silahlı şəxsin kimliyi hələ bəlli deyil. Atışma isə davam edir.
 
Tehrandan olan millət vəkili İlyas Hezreti isə silahlıların 3 nəfər olduğunu, onlardan 2-sinin "Kalaşnikov"dan, birinin isə tapançadan atəş etdiyini deyib.
 
*****
İran İslam Respublikasının parlamentində atışma olub.
 
APA-nın xəbərinə görə, bu barədə İranın "Fars” və "Mehr” Xəbərə Agentlikləri məlumat yayıb. Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir. İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb. 
 
Aktual.az
Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR