İlham Əliyev: "İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil"

 İlham Əliyev:

"Biz fəxr edirik ki, islam dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən, bir neçə il bundan əvvəl bərpa edilən Şamaxı Cümə Məscididir. Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurur, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib”.

Aktual.az-ın xəbərinə görə, bunu Bakıda, Heydər Əliyev Mərkəzində "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: "İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir”.
 
Aktual.az
Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR