Əməkdar artistə qadağa qoyulub: “Səhnəyə çıxa bilməzsən”

Əməkdar artistə qadağa qoyulub: “Səhnəyə çıxa bilməzsən”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidov xəstəxanadan evə buraxılıb.

Bu barədə AzNews.az-a sənətkarın özü məlumat verib. Aktyor hazırda özünü yaxşı hiss etdiyini deyib:

"Xalq bilsin ki, mən yaxşıyam. Amma həkimlər mənə səhnəyə çıxmağa qadağa qoyub. Deyiblər ki, "belə vəziyyətdə səhnəyə çıxmaq olmaz, tam sağalmalısınız.” Yəqin ki, bu ayın sonuna kimi səhnəyə çıxa biləcəm.”

Aktyor qeyd edib ki, onun səhhəti ilə əlaqədar rol aldığı tamaşalar təxirə salınıb: "Çox darıxıram, teatrın repertuarında mənim üç tamaşam var. Onların hər üçünü təxirə salıblar. Teatr işləməlidir, pul qazanmalıdır. Belə olmaz təcili oynamalıyam.”

Əməkdar artist Əjdər Həmidov bir neçə gün bundan əvvəl özünü pis hiss edib. Təzyiqi qalxan aktyor 1 saylı Şəhər Klinik Xəstəxənasına yerləşdirilib.
 
Aktual.az
Xəbər 171 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR