Brilyantdan erməni ilə bağlı növbəti qəribə addım

Brilyantdan erməni ilə bağlı növbəti qəribə addım

Ötən gün Xalq artisti Brilyant Dadaşovanın "Instagram”da  erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımlarına müsbət rəy yazması müzakirələrə səbəb olub.

Aktual.az Qafqazinfo-ya istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri erməni təxribatı nəticəsində həlak olan Zəhra və nənəsini xatırlayaraq Dadaşovanı sərt tənqid ediblər.

Maraqlıdır ki, sənətçi etdiyi hərəkətə aydınlıq gətirmək əvəzinə, qəribə addım atıb. O, öncə Şahbazyana yazdığı tərif şərhlərini silib, daha sonra isə rəsmi "Instagram” hesabındakı adını dəyişib.

Müğənni bununla da demək istəyib ki, mövzu ilə bağlı heç bir əlaqəsi yoxdur.

 
 
Aktual.az
Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR