Bakıda fevral ayı üçün ən soyuq temperatur 2012-ci ildə qeydə alınıb

Bakıda fevral ayı üçün ən soyuq temperatur 2012-ci ildə qeydə alınıb

Bakı şəhərində fevral ayı üçün ən soyuq temperatur 1954, 1969 və 2012-ci illərdə qeydə alınıb.

Aktual.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 1954-cü ildə fevralda havanın orta aylıq temperaturu mənfi 0.7 dərəcə olub ki, bu da iqlim normasından 5.6 dərəcə azdır:

"1954-cü ildə fevral ayında uzun müddət gündüz temperatur müsbət 6 dərəcədən yuxarı qalxmayıb. Havanın minimal temperaturu isə həmin ilin fevralında mənfi 8 dərəcəyədək enib. 1969-cu il fevralın 9-10-da temperatur mənfi 9.6 dərəcə olub. 2012-ci il fevralın 8-də isə Bakıda rekord şaxta qeydə alınıb, temperatur mənfi 11 dərəcə təşkil edib".
 
Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR