Azərbaycanda tamaşaçılar ən çox hansı teatrlara üz tuturlar?

Azərbaycanda tamaşaçılar ən çox hansı teatrlara üz tuturlar?

Report Azərbaycanda fəaliyyət göstərən, ən çox üz tutulan teatrlarda biletlərin qiyməti və tamaşaçı sıxlığı ilə bağlı teatrlara sorğu ünvanlayıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib ki, tamaşaçı zalı birinci və ikinci yarus amfiteatrlar daxil olmaqla 500 nəfərdən artıq tutuma malikdir:

"Teatrın repertuarına daxil olan bütün səhnə əsərlərinin nümayişində bu sayda tamaşaçı olmur. Hər tamaşa üçün 500 nəfər tamaşaçı kifayət qədər böyük rəqəmdir və nümayişlərimizdə bu qədər tamaşaçının olması yalnız xoş arzu ola bilər. Hər nümayişə hansı sayda tamaşaçının gəlməsini demək çətindir. Qiymətlərə gəldikdə, Milli Dram Teatrında biletlərin qiyməti yerlərdən asılı olaraq 6-10 AZN arasında dəyişir”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında zalın tamaşaçı tutumu 360 yerdir:

"Uşaqlar üçün tamaşalarda 95-100 faiz, böyüklər üçün tamaşalarda isə 80-100 faiz aralığında izləyici olur. Biletlərin qiyməti uşaq tamaşaları üçün 5 AZN, böyük tamaşaları üçün isə 8 AZN təşkil edir”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tamaşaçı tutumu 200 nəfərdir. Teatrdan verilən məlumata görə, tamaşalar 3 seans olur. Rəqəm deməsələr də, zalın əksər vaxtlar dolu olduğunu və xüsusilə də bayram vaxtlarında tamaşaçıların sayında artım olduğu qeyd edilib. Biletlərin qiyməti isə 1-5 AZN təşkil edir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının zalında 1068 yer var. Teatrdan bildirilib ki, əksər tamaşalar zamanı zal dolur: "Bəzi tamaşalarda isə yalnız parter (470 yer) dolur. Biletlərin qiyməti 11, 13 və 16 AZN, qastrolçuların iştirakı ilə keçirilən tamaşaların qiyməti isə 12, 22 və 33 AZN aralığındadır”.

Azərbaycan Dövlət Musiqili Teatrı sorğunu cavablandırmaqdan imtina edib.
 
Aktual.az
Xəbər 123 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR