AŞPA-nın yay sessiyasının gündəliyi bəlli OLDU

AŞPA-nın yay sessiyasının gündəliyi bəlli OLDU

İyunun 25-29-da Avropa Şurası Parlament Asambleyasının yay sessiyası keçiriləcək.
 
Modern.az-ın məlumatına görə, iclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yeni tərkibdə iştirak edəcək. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxildir:
Sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək.  Həmçinin yay sessiyası zamanı AŞPA yeni prezident seçəcək.  Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir.
 
Bundan əlavə, AŞPA-nın Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq. Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir: Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Asim Mollazadə, Naqif Həmzəyev.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR