Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu

Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu

Bakıda həyat yoldaşını qətlə yetirən şəxs ölkədən qaçmaq istəyərkən saxlanılıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib.
Daha sonra R.Çəltikov hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. Lakin o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qusar rayon "Yalama" Keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 

Aktual.az

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR