"Zorakılığı dayandırın" - Lavrov Qarabağla bağlı çağırış etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə danışıqda Dağlıq Qarabağda vəziyyətə təsir etməyə və zorakılığı dayandırmağa çağırıb.

Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

XİN-dən bildirilib: "Rusiya Prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi fəaliyyətlərin bərpasına reaksiyası, eləcə də Rusiya tərəfinin vəziyyətin normallaşdırılması üzrə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarda atdığı addımlar fonunda Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb".

Xəbər 873 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR