“Zorakılığa “YOX” deyək - Ailəmizi qoruyaq!” layihəsinə start verilib

“Zorakılığa “YOX” deyək - Ailəmizi qoruyaq!” layihəsinə start verilib

"Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Zorakılığa "YOX” deyək - Ailəmizi qoruyaq!” məişət zorakılığıyla bağlı layihəyə start verib

2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, bu qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. 

Birlik yuxarıda adıçəkilən qanunun cəmiyyətdə təbliğini vacib bilərək məhz bu istiqamətdə layihələrin həyata keçirilməsini zəruri hesab edir. Layihənin əsas məqsədi "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun  tətbiqi ilə bağlı maarifləndirmə işi aparmaq və bu sahədə yaranan problemləri üzə çıxarmaqdan ibarətdir.

Ağdaş və Yevlax  rayonlarından 60 nəfərin iştirakı ilə icra olunacaq layihədən erkən nikahın potensial qurbanları ola biləcək yeniyetmə qızlar, ailə həyatı qurmağa hazırlaşan xanımlar və ya artıq ailə həyatı qurmuş gənc analar faydalanacaqlar.

Layihə çərçivəsində mövzuya uyğun olaraq qanunun təbliğiylə bağlı xüsusi kitabça və bukletlər hazırlanıb çap edilərək iştirakçılara paylanacaq.

Aprel ayının 15-dən başlayaraq layihənin icrası 4 ay müddətində nəzərdə tutulub.
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR