Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb – 8 nəfər ölüb

Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb – 8 nəfər ölüb
  • DÜNYA

İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.
Zəvvarların olduğu avtobus İranın Mehran şəhəri yaxınlığındakı nəzarət məntəqəsindən keçərək İraqa daxil olub. Hadisə sərhəd yaxınlığında baş verib. Qəzanın dəqiq yeri barədə məlumat verilmir.
Qeyd edək ki, hər il minlərlə zəvvar "Ərbəin” günü ilə əlaqədar İraqın Kərbəla şəhərinə səfər edir. Bu il "Ərbəin” günü oktyabrın 19-na təsadüf edir.
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR