Zəvvarlar Azərbaycana qayıtdı

Zəvvarlar Azərbaycana qayıtdı

Azərbaycandan Ümrə ziyarətinə gedən 60 nəfərlik qrup Vətənə qayıdıb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, Ümrə ziyarətini başa vuran qrup üzlərinin səhhətində heç bir problem olmayıb: "Zəvvarlar öz ibadətlərini sağ-salamat şəkildə sona çatdırıblar. Hazırda orada havanın temperaturu 30-32 dərəcə təşkil etdiyindən ziyarətçilər hava şəraiti ilə bağlı çətinliklər də yaşamırlar. Növbəti qrupun ziyarətə nə zaman gedəcəyi hələlik məlum deyil".

Qeyd edək ki, martın 17-də Ümrə ziyarətinə yola düşən qrup 60 nəfərdən ibarət idi. Onlardan 48 nəfəri qadın, 12-si kişi olub. Onlardan 30 nəfəri 2 230, 30 nəfəri isə 1 590 dollarlıq xidmət paketindən istifadə ediblər.
 
Aktual.az
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR