Zərrabın harda saxlandığı bəlli oldu

Zərrabın harda saxlandığı bəlli oldu
  • DÜNYA

ABŞ-da keçirilən məhkəmə prosesində barəsində səsləndirilən ittihamlarla razılaşaraq məhkəmə ilə əməkdaşlığa razı olduğunu bildirən azərbaycanlı milyarder Rza Zərrabın hara köçürüldüyü aydınlaşıb

Axar.az xəbər verir ki, bu barədə "Hürriyət” məlumat yayıb.
Məlumata görə, Rza Zərrab Nyu Yorkdan 40 dəqiqəlik məsafədə yerləşən Vestçester həbsxanasına aparılıb.
Maraqlısı isə ondadır ki, 19 yanvar tarixində Nyu York Apellyasiya Məhkəməsindən göndərilən, notarius tərəfindən təsdiq edilmiş məhkəmə sənədlərinin də məhz həmin həbsxanada Rza Zərraba təhvil verildiyi göstərilsə də, həbsxananın özünün rəsmi qeydiyyat sənədlərində Zərrabın adına rast gəlinməyib.
 
Aktual.az
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR