Zərdab və Ağdaş sakinlərindən odlu silah götürülüb

Zərdab və Ağdaş sakinlərindən odlu silah götürülüb

Zərdab və Ağdaş sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Alıcanlı kənd sakini A.Şükürovdan müvafiq sənədləri olmayan "TOZ” markalı ov tüfəngi götürülüb.
Bundan başqa, Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirkəkə kənd sakini M.İsmayılovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR