Zəlzələdən ziyan görənlər üçün 20-yə yaxın ev inşa edilir

Zəlzələdən ziyan görənlər üçün 20-yə yaxın ev inşa edilir

Şəkidə zəlzələ nəticəsində evləri zərər görmüş sakinlər üçün artıq 20-yə yaxın evin tikintisinə başlanılıb.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Şəki şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxazov deyib.

Onun sözlərinə görə, işlər tam sürətlə gedir və daha çox dağıntıya məruz qalmış evlər sökülür. Digərlərində isə bərkitmə işləri aparılır: “Hazırda Qara Torpaq kəndində zərə çəkmiş evlərin əksəriyyəti sökülüb. Bu kənd zəlzələnin episentrinə yaxın olduğu üçün çox ciddi zərər görüb. Sökülənlərin yerində müasir və möhkəm evlərin inşasına başlamışıq. Tikintini aparan şirkət işləri tez yekunlaşdırmağa çalışır. Çünki qarşıdan soyuq havalar gəlir. İnanmıram ki, soyuq qış aylarında tikinti işləri görə bilsinlər”.

Baş memar qeyd edib ki, Qara Torpaq kəndindəki işlər başa çatdıqdan sonra Turan qəsəbəsində ziyan görmüş evlərdə bərkitmə işlərinə başlanılacaq: “Qara Torpaq kəndindəki dağıntılarla müqayisədə Turan qəsəbəsindəki evlər az ziyan görüb. Ona görə də burdaa evlərin söpkülməsinə və yenilərinin inşasına ehtiyac qalmadı. Burada yalnız bərkitmə işləri həyata keçirildikdən sonra sakinlər öz evlərinə köçə biləcək”.

Qeyd edək ki, sentyabrın 4-də baş vermiş zəlzələ nəticəsində Şəkidə dağıntılar qeydə alınmışdı.

Aktual.az

Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR