Özəlləşdirmə çekləri yenidən tədavülə cəlb ediləcək?

Özəlləşdirmə çekləri yenidən tədavülə cəlb ediləcək?

Milli Məclisin bu gün keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.
 
Z. Oruc deyib ki, Azərbaycanda hazırda çoxu sayda müəssisələr özəlləşdirməyə çıxarılır: "Keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq.
Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır".
 
Millət vəkili Vahid Əhmədov strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb: "Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir. Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, "Maliyyə nəzarəti haqqında" qanunu qəbul etməliyik. Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi hara getdi, üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?" 
 
Spiker Oqtay Əsədov "Hesablama Palatası haqqında" qanun layihəsinin hazır olduğunu və gündəmə salınacağını bildirib: "Rəqabət Məcəlləsi iki dəfə müzakirə olunub və qəbul edilib. Üçüncü oxunuşa gəlincə, qanuni layihəsinin təşəbbüskarı var. 2008-ci ilə yaranan böhrandan sonra yeni tələblərə uyğun olaraq qanun layihəsi üzərində yenidən işləməyə ehtiyac yaranıb. "Maliyyə nəzarəti haqqında" qanun üzərində də isə iş gedir".
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR