Zaxarova: Aİ-nin Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir

Zaxarova: Aİ-nin Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir

Avropa İttifaqının Ermənistandakı missiyası seçkilərə təsir etməyi hədəfləyir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistandakı yeni mülki missiyanın parlament seçkilərinin nəticələrinə təsir göstərməsinə imkan verəcəyini gizlətmir.
"Bu, artıq ikinci missiyadır. Qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq", - deyə Rusiya XİN sözçüsü qeyd edib.(apa)
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR