BƏƏ sahillərində ticarət gəmisi ələ keçirilib və hazırda İrana doğru üzür.
Aktual.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
"UKMTO BƏƏ-nin Füceyrə şəhərindən 38 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə məlumat alıb. Şirkətin təhlükəsizlik işçisi bildirib ki, gəmi lövbərdə olarkən naməlum şəxslər tərəfindən qaçırılıb və hazırda İranın ərazi sularına doğru üzür”, - məlumatda qeyd olunub.
Xəbər 52 dəfə oxunub.