Latviyanın Baş naziri Evika Silinya istefa verib.
Aktual.az xəbər verir ki, bu barədə ölkənin LSM dövlət teleradio portalı məlumat yayıb.
Məlumata görə, baş nazirin parlament qarşısında çıxışı gözlənilirdi, lakin o, Nazirlər Kabinetində mətbuat konfransı təşkil edib.
Qeyd edək ki, ölkədə hökumət böhranı müdafiə naziri Andris Sprudsun istefasından sonra başlayıb. Müdafiə nazirinin istefası isə Silinyanı dəstəkləyən siyasi tərəfdaşların baş nazirə artıq etimad göstərmədiklərini bəyan etmələrinə səbəb olmuşdu.
Xəbər 49 dəfə oxunub.