Zaxarova: “ABŞ-dan haker hücumlarına məruz qalırıq”

Zaxarova: “ABŞ-dan haker hücumlarına məruz qalırıq”

”Rusiya Xarici İşlər Nazirliyinin saytı mütəmadi olaraq ABŞ-dakı IP-ünvanlardan haker hücumuna məruz qalır”

Lent.az-ın xəbərinə görə, bu açıqlama ilə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova çıxış edib. O bildirib ki, Rusiya XİN-in saytına daxilolmaların yarısı ABŞ-ın payına düşür. Bütün daxilolmaların 67%-i isə Kaliforniyadan həyata keçirilir.

M. Zaxarova Rusiyanın digər dövlət qurumlarının saytlarının da ABŞ-dakı IP-ünvanlardan haker hücumuna məruz qaldığını bəyan edib.
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR