Zaqatalada meşədə meyit tapıldı

Zaqatalada meşədə meyit tapıldı

Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.

Araşdırma zamanı məlum olub ki, evli və iki övlad atası olan R. Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.

R. Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib.

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR