Zakir Həsənov Rusiyaya gedib

Zakir Həsənov Rusiyaya gedib

Avqustun 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

Bu barədə Aktual.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və "Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.
Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR