Zakir Həsənov Londonda Örl Hou ilə görüşüb — FOTO

Zakir Həsənov Londonda Örl Hou ilə görüşüb   — FOTO

Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin London şəhərində davam edən tədbiri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Lordlar Palatasında Müdafiə üzrə Dövlət naziri, Lordlar Palatasının sədr müavini cənab Örl Hou ilə görüşüb.

Aktual.az  xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR