Zakir Həsənov iranlı həmkarına başsağlığı verib

Zakir Həsənov iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 22-də İranın Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması ilə bağlı İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqana və dost ölkənin Baş Qərargah rəisi general-leytenant Seyid Həsən Firuzabadiyə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, başsağlığında bildirilir: 

"Dost İran İslam Respublikasının Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR