Zakir Həsənov döyüşə hazırolma ilə bağlı tapşırıq verdi

Zakir Həsənov döyüşə hazırolma ilə bağlı tapşırıq verdi

Müdafiə nazirinin rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.

Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.

Xəbər 878 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR