Yükdaşıma bahalaşdı

Yükdaşıma bahalaşdı

Azərbaycanda 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4 faiz artıb.

Aktual.az  bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 1,6 faiz, dəniz nəqliyyatında 1,8 faiz, avtomobil nəqliyyatında 0,6 faiz artıb.

Ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR