"Yol hərəkəti haqqında" qanun dəyişə bilər


Azərbaycanda "CE", "D", "DE" kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyən edilib.

Aktual.az  report-a istinadən bildirir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilir.

Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -19 yaşdan ("B" kateqoriyasına daxil oan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), Tramvayları, trolleybusları idarəetmə hüququ-21 yaşdan, "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ-26 yaşdan (65 yaşadək və "D" kateqorioyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR