Yevlaxda zəncirvari qəza: Ölən və yaralananlar var

Yevlaxda zəncirvari qəza: Ölən və yaralananlar var

Yaralılardan ikisi azyaşlıdır.

Mingəçevir-Bəhramtəpə yolunda, Yevlax rayonu ərazisində zəncirvari qəza baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki "Vaz 2106” və bir "Vaz 2107” markalı avtomobil toqquşub.
Baş vermiş qəzada "Vaz 2106”-da olan Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Yusifova Qızpəri Dostməmməd qızı vəfat edib.
Daha beş nəfər yaralanıb ki, onların da bir neçəsi eyni ailənin üzvləridir. Yaralanan şəxslər bunlardır:
İsmayılov Rasim Həmid oğlu, 1965-ci il təvəllüdlü, Yevlax rayon sakini;
İsmayılzadə Əli Tanrıverdi oğlu, 2012-ci il təvəllüdlü, Yevlax rayon sakini;
İsmayılzadə Banu Əli qızı, 2017-ci il təvəllüdlü, Yevlax rayon sakini;
Abbasova Təranə Rəfail qızı, 1993-cü il təvəllüdlü, Yevlax rayon sakini;
Yusibova Ülviyyə Zeynəddin qızı, 1956-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini.

Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR