Yerevanda atışma olub, ölən və yaralananlar var

Yerevanda atışma olub, ölən və yaralananlar var
  • DÜNYA

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə "Report” Ermənistan mətbuatına istinadla xəbər verir.
Məlumata görə, hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar "Erebuni” tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.
Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat və "Makarov” tapançasına aid gilizlər aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.
Dünən həm də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı evində qətlə yetirilib.
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR