Yeni məktəbli formalarının rəngləri və qiymətləri (VİDEO)

Yeni məktəbli formalarının rəngləri və qiymətləri (VİDEO)

Yeni tədris ili üçün məktəbli formaları artıq hazırdır. Xaricdən gətirilən keyfiyyətli parçalardan hazırlanan geyimlər avuqst ayının 17-dən satışa çıxarılacaq.

Məktəblilər yeni tədris ilinə yeni formalarla başlayacaqlar. Tünd göy, tünd boz, xaki, tünd qəhvəyi rəngdə nəzərdə tutulan bu geyimlər xüsusi hazırlanır. Qışda havaların soyuq keçməsi nəzərə alınaraq qız üçün şalvar da nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, məktəbli geyimlərinin parçaları Türkiyə və Belarusdan gəlir. Geyimlərin üst hisəsi ipək sapla tikilir, içəri hissəsi isə sadə saplarla tikilir.

"Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov İTV-ə bildirib ki, hazırda məktəbli formaları tikilərək anbara yığılır: "Əvvəlcə mağazalarda bu formaların sərgisi təşkil olunacaq. Ayın 17-dən isə satışa çıxarılacaq".

Qeyd edək ki, məktəbli formalarına daxil olan köynəklər 14 AZN, ətək və şalvarlar 26 AZN, jaketlərin isə 27 AZN olacağı gözlənilir.
Xəbər 217 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR