Yeni marşrut avtobusları – 2, 3, 7, 14…

Yeni marşrut avtobusları – 2, 3, 7, 14…

“BakuBus”-ın yeni yeni marşrut avtobusları xəttə buraxılacaq.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, “BakuBus”ın məlumat mərkəzindən verilən məlumata görə, gələn həftə 2 saylı marşrut xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu xətt ilə hərəkət edəcək avtobuslar 20 Yanvar-Ziya Bünyadov (Azadlıq prospekti) istiqamətində hərəkət edəcək. Həmçinin 3, 7 və 14 saylı marşrut xətlərinin də istifadəyə verilməsi planlaşdırılır.

3 saylı xətt üzrə hərəkət edəcək avtobusların “Azadlıq”metrostansiyası-“Elmlər Akademiyası”, 7 saylı xətt üzrə Ziya Bünyadov prospekti, Arxiv İdarəsi-20-ci sahə, 14 saylı marşrutun isə Xətai istiqamətində hərəkəti nəzərdə tutulub.

Avtobusların  xəttə buraxılacaqları tarix hələ ki, müəyyənləşməyib.

Avtobusların hər birində gediş-gəliş BakıKart ilə mümkün olacaq.

Xəbər 3239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR