Yeni əsgər yataqxanası istifadəyə verilib

Yeni əsgər yataqxanası istifadəyə verilib

İyunun 23-də Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissədə müasir tələblərə cavab verən yeni əsgər yataqxanası istifadəyə verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, açılış mərasimində iştirak edən müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Fuad Məmmədov əlamətdar hadisə ilə bağlı müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb.

Polkovnik F.Məmmədov əsgər yataqxanasının maddi-texniki təminatla təchiz edilmiş silah, ideoloji, məişət və digər otaqlarına baş çəkib, burada yaradılan şəraitlə yaxından tanış olub.

Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb.

Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda əsgərlərlə birgə nahar təşkil edilib.

Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR