Yay vaxtına keçidin ləğvi ilə bağlı bunları bilməlisiz!

Yay vaxtına keçidin ləğvi ilə bağlı bunları bilməlisiz!

Yay vaxtına keçidin ləğv olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi, AZAL, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Aktual.az-ın ATV.az-a istinadən məlumatına görə, yay vaxtına keçidin ləğvi ilə əlaqədar sabahdan etibarən bütün namaz vaxtlarından 1 saat çıxılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi namaz əhlinin diqqətinə çatdırır ki, cədvəllərdə göstərilən misal üçün “Bakı şəhəri üçün 27 mart tarixinə sübh azanı vaxtı: 06:12. Bu göstəricidən 1 saat çıxırıq və həmin tarixdə sübh azanı vaxtını 05:12- ni müəyyən edirik.

Yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçacaq. "Azərbaycan Hava Yolları"ndan verilən məlumata əsasən, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, AZAL-in bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına və hava limanlarından artıq alınan aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir. AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək. Hər hansı bir sual yarandığı təqdirdə isə (012) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə əhaliyə xəbərdarlıq edərək bildirir ki, kompüter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarında yay və qış vaxtlarına keçid avtomatik baş verə bilir. Bununla əlaqədar Nazirlik artıq ölkədə fəaliyyət göstərən operatorları qabaqlayıcı tədbirlər görülməsi ilə bağlı tövsiyə edib. Eyni zamanda fərdi istifadəçilərdən kompüter və mobil telefonlarının ”tarix və vaxt” menyusundan “avtomatik” rejiminin deaktiv edilməsi tövsiyə olunur.

Xəbər 1385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR