Yataqxanada uçqun - Yaralananlar var

Yataqxanada uçqun   - Yaralananlar var

Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, yataqxana sakinlərinin verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR