Yaponiya və ABŞ avqustda yeni ticarət danışıqları apara bilər

Yaponiya və ABŞ avqustda yeni ticarət danışıqları apara bilər
  • DÜNYA

Yaponiyanın İqtisadiyyatın Bərpası naziri Tosimitsu Moteqi bildirib ki, Yaponiya və Birləşmiş Ştatlar cümə gün Vaşinqtonda başa çatan və bu ayın ortalarında yeni məsləhətləşmələrin keçirilməsinə yönələn ticarət danışıqlarının növbəti mərhələsi zamanı bir sıra fikir ayrılıqlarını aradan qaldıra bilib.

"Report” xəbər verir ki, o bunu Amerikanın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer ilə görüşdən sonra deyib.
"Kiodo" nəşrinin məlumatına görə, hazırkı danışıqlar zamanı Vaşinqton Tokioya güzəştə gedərək, yapon maşınları və ehtiyat hissələrinin idxalı ilə bağlı mövqeyini yumşaldıb. Eyni zamanda, ABŞ-ın əsas tələbi, mal əti, donuz əti və buğda da daxil olmaqla Amerika kənd təsərrüfatı məhsulları üçün Yaponiya bazarına geniş çıxış təmin etməkdir.
Nəticədə, hər iki dövlət sentyabrın sonunadək - Yaponiyanın Baş naziri Şinzo Abenin ABŞ Prezidenti Donald Tramp ilə Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında görüşmək fürsəti olacaq vaxta qədər ortaq ticarət razılaşmasına nail olmaq istəyir.
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR