Yaponiya mağaza satıcılarından imtina edəcək

Yaponiya mağaza satıcılarından imtina edəcək

Yaponiya hökuməti avtomatik mağazalar sistemini yaratmaq məqsədilə ölkənin 5 əsas mini-supermarketlər şəbəkələrinin operatorları ilə əməkdaşlıq etmək qərarına gəlib

Lent.az-ın "actualnews.org” saytına istinadən verdiyi məlumata görə, Yaponiya tədricən satıcılardan imtina etməyə başlayacaq. 

Təklif olunur ki, yeni sistemin əsasında məhsullarının qabları üzərində bütün zəruri məlumatlarla təchiz olunmuş xüsusi çiplərin istifadəsi durur. Bütün proses 10 saniyədən bir az çox vaxt aparacaq. Həmçinin ehtiyac yaranarsa, robot bütün alınan məhsulları paketləməyə kömək edəcək.

Yeni sistem artıq Yaponiyanın Osaka prefekturasının Moriquti şəhərində sınaqdan keçirilir. Mütəxəssislər deyir ki, bütün aspektlərin qiymətləndirilməsi üçün çox vaxt lazım gələcək. Məhsul üçün məlumatların əks olunduğu elektron birkaların qiymətlərini aşağı salmaq da lazım gələcək ki, bundan qiymətlər artmasın.

Xüsusi robotlaşdırılmış sistemin tətbiq edilməsi ideyası Yaponiyada satıcıların çatışmazlığı ilə əsaslandırılır. Çünki bu ölkədə onların əməyi olduqca bahadır.
 
Aktual.az
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR