Ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rəhbərliyi Fəxri Xiyabanda olub.
Aktual.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, deputatlar, YAP-ın İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Heydər Əliyevin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, xatirəsi anılıb.