YAP-ın fəal gənci Rauf Arifoğlunu müdafiə etdi

YAP-ın fəal gənci Rauf Arifoğlunu müdafiə etdi

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının rəhbəri, YAP üzvü Səbuhi Abbasov "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu müdafiə edən status yazıb. Statusu olduğu kimi təqdim edirik: 

"Rauf bəyin Arif Hacılıya yazdığı cavabı oxudum, həm də dönə-dönə oxudum. Hər cümləsi, hər abzası elə bil səsli danışır, üsyan edir. Hər cümlədə haqq-hesabın sorulduğu çılpaqlığı ilə hiss olunur. Bir məqamı müzakirəsiz və mübaliğəsiz qeyd etməliyəm ki, Rauf Arifoglunun bu cavabında onlarla insan özünü tapdı, illərin yükünü boşaltılar, sanki hər kəs "Musavat"ı niyə məhz "Yeni Musavatda" tapdığını anladı.

Mən YAP-ın üzvüyəm, həm də fəallarından. Partiyamı sevirəm və onun kor-koranə, necə gəldi təbliğinə qarşı olmuşam hər zaman. Çalışmışam intellektual, zamanla ayaqlaşmış şəkildə partiyamı da təbliğ edim. Bu yolda dərk etmişəm ki, hər bir iqtidarın intellektual cəmiyyət quruculuğunda sağlam müxalifətə ehtiyacı var. Bu həm də cəmiyyətin bütövləşməsi deməkdir.

Türkiyədə baş verən son proseslərdə partiyalararası həmrəyliyin demokratiya yolundakı əzmkarlığnın, birliyinin şahidi olduq hər birimiz. Təəssüf ki, müxalif ruhu yalnız "Yeni Musavat"da qalıb...Hər şey bir kənara: Siz və sizlər bu ölkənin müxalif ruhlu gəncliyinin kökünü kəsdiniz və kəsməkdəsiniz. Tarix qarşısında bunun bədəli ağır olacaq. Hesabatdan isə yalnız "Yeni Musavat" alnı açıq çıxacaq..."


Qeyd edək ki, Müsavat başqanı A.Hacılı mediaya verdiyi müsahibədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və qəzet barədə xoşagəlməz sözlər işlədib. R.Arifoğlunun cavabı isə geniş müzakirələrə yol açıb.

Aktual.az

Xəbər 913 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR