Yanvar-iyul aylarında 312 çoxmərtəbəli binaya təbii qaz verilib

Yanvar-iyul aylarında 312 çoxmərtəbəli binaya təbii qaz verilib

 2018-ci ilin yanvar-iyul ayları ərzində "Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 312 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Aktual.az-ın "Azəriqaz”a istinadən verdiyi xəbərə görə, həmin binalarda ümumilikdə 17 422 ailə yaşayır.
"Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq”la təmin olunmasında maraqlıdır
 
Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR