“Yalan informasiya yayan xarici telekanalların məsələsinə baxıla bilər”

“Yalan informasiya yayan xarici telekanalların məsələsinə baxıla bilər”

“Hazırda Milli Televiziya və Radio Şurası kabel şəbəkəsi operatorlarının siyahısında olan və Ermənistan-Azərbaycan təmas xəttində baş verənlərlə bağlı informasiya yayımlayan xarici telekanalları diqqətlə izləyir”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, Azərbaycana qarşı açıq-aşkar yalan informasiya yayan xarici telekanalların kabel şəbəkəsi operatorlarının siyahısından çıxarılması məsələsinə baxıla bilər. Şura sədri bu cür məsələlərdə təmkinli və soyuqqanlı olmağın vacibliyini vurğulayıb.

N. Məhərrəmli qeyd edib ki, hər zaman, xüsusən də bu cür həssas məqamlarda MTRŞ tərəfindən kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorlara diqqətli olmaq tövsiyə edilib: “Bu cür məsələlər daim Şuranın diqqət mərkəzindədir”.

Xatırladaq ki, Rusiya televiziyaları son günlər Dağlıq Qarabağ cəbhəsində baş verənləri qeyri-obyektiv, əsasən erməni tərəfinin mövqeyindən işıqlandırır.

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR